Bundesliqada çıxış edən iki klub Mahir Emreli ilə maraqlanır

29.04.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
27 yaşlı hücumçunun II Bundesliqa təmsilçisi olan "Nürnberq"dəki taleyi hələlik qeyri-müəyyəndir. Onun bu komandada qalmaq ehtimalı azdır. Əsas Bundesliqada çıxış edən iki klub forvardla maraqlanır.
Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlində "Nürnberq"lə bir mövsümlük müqavilə imzalamışdı. Sözləşmədəki bəndə əsasən klub Bundesliqaya vəsiqə qazansa, azərbaycanlı oyunçu komandada qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью