futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen Almaniyanın “Volfsburq” klubunu tərk edib. Tərəflər sözləşmənin vaxtından əvvəl xitam verilməsi ilə bağlı qarşılıqlı razılığa gəliblər.
Futbolpress.az xəbər verir ki, Bundesliqa təmsilçisinin mətbuat xidməti təcrübəli futbolçunun ayrılığını açıqlayıb:.
İyunun 7-də Ukrayna milli komandasına karşı keçirilən yoldaşlıq matçı zamanı Eriksen anidən meydanda yıxılaraq huşunu itirmişdi. Bu, futbolçunun səhhətində yaşanan ilk ciddi insident deyil. O, daha əvvəl AVRO-2021 çərçivəsində Finlandiyaya qarşı oynanılan qarşılaşmada da infarkt keçirmişdi.
Eriksen ötən mövsüm “Volfsburq”un heyətində bütün turnirlər daxil olmaqla 34 matçda meydana çıxmışdı. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulmuşdu.