Bundesliqada qalmaqal: azarkeşlər xaos yaratdılar, qapıçı zədələndi FOTO

15.12.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

Dekabrın 14-də Bundesliqanın 14-cü turunun 1:1 hesabı ilə kəsilən ” Union Berlin” – “Bohum” matçında azarkeşlər xaos yaradıb.

Publika.az xəbər verir ki, matçın sonlarına yaxın azarkeşlər, ehtimal ki, “Union” tribunasından meydana müxtəlif əşyalar atmağa başlayıblar.

Epizodların birində qonaq qapıçı Patrik Drevesin üzərinə naməlum əşya dəyib.

Hakim oyunu yarımçıq kəsib, qapıçıya həkimlər tərəfindən tibbi yardım göstərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью