Bundesliqada yeni təyinat

01.02.2026

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ayntraxt”da baş məşqçi problemi yoluna qoyulub.

"Football-plus.az" xəbər verir ki, Frankfurt klubunu bundan sonra Albert Riera çalışdıracaq. 43 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin yayınadək razılaşdırılan müqavilə imzalanıb. Riera yeni komandasında uğursuz nəticələrə görə istefaya göndərilən Dino Topmölleri əvəzləyib.
Rieranın sonuncu klubu “Selye” olub. O, bu komanda ilə Sloveniya kubokunu qazanıb.
Əlavə edək ki, “Ayntraxt” Almaniya bundesliqasının turnir cədvəlində 19 oyundan 27 xalla 8-ci yerdədi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью