futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Borussiya Münhenqladbax” Çexiyanın “Slaviya” klubunun müdafiəçisi Daiki Hasiokanın transferini rəsmiləşdirib.
Futbolpress.az xəbər verir ki, Almaniya təmsilçisi 27 yaşlı yaponiyalı futbolçunu 2026/27 mövsümünün sonuna qədər icarəyə götürüb. Müqavilədə oyunçunun mövsümün sonunda birdəfəlik satın alınması bəndi də yer alıb. “Transfermarkt” portalı müdafiəçinin keçid dəyərini 1,5 milyon avro kimi qiymətləndirir.
Hasioka 2025/26 mövsümündə “Slaviya”nın heyətində 14 oyuna çıxıb, həmçinin icarə əsasında çıxış etdiyi Belçikanın “Gent” klubunda 17 matçda iştirak edib.