Bundesliqanın ən yaxşı bombardiri Milan a keçdi

30.08.2025

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Çelsi”nin fransalı hücumçusu Kristofer Nkunku “Milan”a keçib.

Lent.az xəbər verir ki, bu barədə İtaliya klubunun saytında məlumat verilib.

27 yaşlı forvard 2030-cu il iyulun 30-na qədər müqavilə imzalayıb. Transferin məbləği 37 milyon avro təşkil edib.

Bundesliqa 2022/23 mövsümünün ən yaxşı bombardiri olan Nkunku, 2023-cü ilin yayında “Leyptsiq”dən 60 milyon avroya “Çelsi”yə keçmişdi. Lakin London klubunda özünü tam göstərə bilmədi, 62 oyunda cəmi 18 qol vurdu.

Fransa millisinin heyətində isə onun aktivində 14 oyun və 1 qol var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью