Icma.az, Axar.az portalına istinadən məlumat yayır. Almaniya üçün Alternativ Partiyasının üzvü Nikol Höhst rəsmi X səhifəsində müsəlmanlar h
Axar.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Məlumata görə, onun paylaşımında peyin çəlləyinin yanında dayanan ərəb geyimində olan iki kişi təsvir olunub və “Nə yeyirsinizsə, o, donuz nəcisi ilə mayalanmışdır” yazısı əlavə edilib.
Həmçinin yazıda deputatın üzv olduğu partiyanın loqosu və özünün şəkli əks olunub.
Paylaşım siyasi dairələrdə kəskin reaksiya doğurub, hətta deputatın üzv olduğu partiya belə bunu qəbuledilməz adlandırıb.
Partiyanın parlament fraksiyasının nümayəndəsi bildirib ki, post tamamilə qəbuledilməzdir: “Fraksiya sədrlərinin tələbi ilə post silinib”.
Qeyd edək ki, Höhst Almaniya üçün Alternativ Partiyasının kilsə işləri üzrə sözçüsü kimi də fəaliyyət göstərir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.