Bundestim dünya çempionatları tarixində ilk dəfə bu acını yaşadı

30.06.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Almaniya milli komandası DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvay millisinə məğlub olub. 

Fanat.Az xəbər verir ki, əsas və əlavə vaxtda 1:1 hesablı heç-heçəyə razılaşan tərəflər arasında qalib penalti seriyasında müəyyənləşib. 

Paraqvaylılar standart zərbələrdə 4:3 hesabı ilə qalib gəliblər.

"Opta"-nın hesablamasına görə, Almaniya millisi tarixində ilk dəfə mundialda penalti seriyasında məğlub olub. 

Bundestimin indiyə qədərki penalti seriyaları:

DÇ-1982 (yarımfinal): Fransa - 8:7 
DÇ-1986 (1/4 final): Meksika - 4:1
DÇ-1990 (yarımfinal): İngiltərə - 5:4
DÇ-2006 (1/4 final): Argentina - 5:3
DÇ-2026 (1/16 final): Paraqvay - 4:5

Avropa çempionatlarını nəzərə alsaq, almanlar 1976-cı ildən bu günə qədər - 50 il ərzində rəsmi yarışlarda penaltilər seriyasında uduzmamışdılar. Bundestim AÇ-1976-nın finalında (2:2) Çexoslovakiyaya "lotoreya"da uduzub (3:5).

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью