Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir. Bu qrupun son turunda turnir cədvəli baxımından heç bir intriqa qalmamışdı.
Komandalardan heç birinin mövqeyi onsuz da dəyişməyəckdi. Ona görə də həm almanların, həm də niderlandlıların meydana faktiki ikinci heyətlə
Budapeştdəki qarşılaşmaya yalnız meydan sahiblərinin qisas almaq hissi az-çox intriqa qatırdı.
Çünki macarlar bundestimə son AÇ-də 0:2, cari ML-də isə 0:5 uduzmuşdular. Bu dəfə əsas hadisələr ikinci hissədə cərəyan etdi.
Macarıstanın yüzfaizlik fürsəti boşa verməsindən 1 dəqiqə sonra Nmeça yığmada ilk qolunu vuraraq bundestimi hesabda önə keçirdi.
Oyunun sonluğu isə qalmaqallı bir penalti ilə əlamətdar oldu. Katanın zərbəsindən sonra top Koxun bədəninə bitişik formada olan əlinə dəydi.
Uzun müzakirələrdən sonra VAR hakimi monitora dəvət etdi və macarlar penalti qazandı.
Soboslai “Panenka zərbəsi” ilə komandasını məğlubiyyətdən xilas etdi.