Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Yonas Urbiq zədələnib. “Bavariya”nın qapıçısı Almaniya yığmasından ayrılmalı olub.
"Football-plus.az" xəbər verir ki, Münhen klubunun rəsmi saytının məlumatına görə, Urbiq bundestimin düşərgəsində sağ diz kapsulundan zədə alıb. Buna görə də 22 yaşlı futbolçu İsveçrə və Qana ilə keçiriləcək yoldaşlıq oyunlarını buraxacaq. O, artıq milli komandanın düşərgəsini tərk edib.
Yonas bu mövsüm “Bavariya”nın heyətində 14 oyunda meydana çıxıb.