Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir. Böyrəklər insan orqanizmində ən vacib orqanlardan biridir.
Böyrəklər orqanizmdə filtr funksiyasını yerinə yetirir, qanı ziyanlı maddələrdən təmizləyir, duz-su balansını saxlayır, arterial təzyiqi tənzimləyir.
Bu səbəbdən böyrəklərin sağlamlığını qoruyub saxlamaq olduqca vacibdir. Bəzi amillər böyrəklərin sağlamlığına çox mənfi təsir edir.
Bu amillər arasında: - Spirtli içkilər və siqaret çəkmək Bu pis vərdişlər böyrəklərin fəaliyyətini olduqca çətinləşdirir.
- Yuxunun az olması Yuxuda orqanizm dincəlir və bərpa olunur.
İnsan daim az yatanda bu orqanizmə ciddi ziyan vurur, orqan və sistemlərin tükənməsinə səbəb olur.
- Tərkibində kofein olan içkilərin (çay, qəhvə, enerji içkilər) çoxlu miqdarda qəbulu Böyük miqdarda kofein orqanizm üçün ziyanlıdır.
Kofein sidikqovucu təsirə malikdir ki, orqanizmin susuzlaşmasına səbəb olur, böyrəklərə düşən gərginliyi artırır.