Bunlar Kremlin nüfuzuna ciddi zərbədir "Hill"

21.06.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin cəbhədə qələbə qazana bilməməsi və Ukraynanın zərbələrindən arxa cəbhəni qorumaqda aciz görünməsi səbəbindən yaxın müttəfiqləri arasında nüfuzunu itirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Conatan Svit və milli təhlükəsizlik məsələləri üzrə ekspert Mark Totun “Hill” nəşri üçün yazdığı məqalədə bildirilib.

Müəlliflər qeyd edirlər ki, son həftələr Rusiya rəhbərliyi üçün xüsusilə uğursuz keçib. Onların sözlərinə görə, Rusiya ordusunun itkiləri artmaqda davam edir, eyni zamanda Ukrayna Krıma təzyiqi gücləndirir. Məqalədə ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəri Devid Petreusun fikri də yer alıb:

“Ukrayna, ola bilsin ki, cəbhə xəttini, eləcə də Krımı təcrid edə biləcək. Bu, son dərəcə təsiredicidir.”

Onların fikrincə, bu hadisələr Kremlin nüfuzuna ciddi zərbə vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью