Bunlar məxfi məlumatlardır DİN dən kart sahiblərinə növbəti xəbərdarlıq

26.04.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Vətəndaşların bank kartlarından aprelin 25-də 20 min manatdan çox pul oğurlanıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.

Aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420, 360, 202, 97, 61, 9 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью