Bunlar nə sürücülüyü öyrənib, nə də növbədə gözləməyi VİDEO

28.02.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı-Sumqayıt yolunda manevr qaydasını pozan sürücülər digər sürücünün qəzəblənməsinə səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 10-da, Xırdalan dairəsi yaxınlığında baş verib.

Belə ki, 77-YN-742 qeydiyyat nişanlı "Nissan" markalı və 77-RY-710 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüləri bütöv xəttin tələbini pozaraq Xırdalan dairəsi istiqamətinə getməyə çalışıblar. Bu zaman tıxacda növbəsini gözləyən avtomobillərin qarşısına keçərək hərəkəti daha da gərginləşdiriblər.

Qeyd edək ki, hər gün pik saatlarda sürücülər sıxlıqda qalmamaq üçün sol zolaqla düzünə irəliləyərək dairəyə yaxın bir yerdə sağa yerdəyişmə edib qayda pozurlar.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью