Bunlar olmasa, ABŞ la görüşməyəcəyik İran

09.11.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Vaşinqton Tehranın yeddi şərtinə uyğun praktiki addımlar atmadığı təqdirdə, İranın Dohada ABŞ-la görüş keçirmək planı yoxdur.

Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi İranın yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadla məlumat yayıb.

“İranın danışıqlarla bağlı siyasəti və planları dəyişməz olaraq qalır. Amerika tərəfi yeddi şərtə uyğun olaraq praktiki addımlar atmadığı təqdirdə, onunla danışıqlar aparmaq üçün heç bir plan olmayacaq”, - rəsmi bildirib.

Qeyd edək ki, Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın gələn həftə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi arasında Qətərdə görüş olacağını açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью