Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda, paytaxt Bakıda uğurla yekunlaşdı.
COP29-un tarixi uğuru nə oldu? Çox gərgin müzakirələr, mübahisələr oldu.
Bəzi anlarda danışıqların heç bir nəticə vermədən bitəcəyi məqamları da yaranırdı.
Heç də asan deyildi; Qlobal Şimalla Qlobal Cənub arasında çox kəskin geostrateji müharibələr getdiyi bir zamanda COP29 sədri olaraq Azərbaycanın üzərinə ağlasığmaz dərəcədə nəhəng vəzifə düşürdü.
Bu, qarşı-qarşıya gələn iki qlobal cinah arasında uzlaşma nöqtələri, razılaşma imkanları tapmaq kimi çox çətin missiya idi.
Nəzərə alsaq ki, rahat, hamının həmrəy olduğu ümumi məsələlərin müzakirəsi getmirdi.
COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı - fövqəladə maliyyə məqsdli konfrans idi.