Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ola bilsin ki, siyasi münasibətlər müstəvisində bəzi mövzuların açıq müzakirəsi müəyyən səbəblərdən doğru sayılmasın.
Ancaq cəmiyyətin ictimai şüurunda yanlış stereotiplərin formalaşdırılması prosesinin, habelə müxtəlif manipulyasiyaların qarşısını almaq üçün qərəzli şərh olunan mövzulara mütləq olaraq aydınlıq gətirilməsi zərurəti yaranır.
Bəzilərinin alovlu emosiyalarının arxasında gizlənmiş məkrli niyyətlərin bu və ya digər şəkildə təzahürünə hər birimiz dəfələrlə şahidlik etmişik.
Təəssüflər olsun ki, bu gün manipulyasiya siyasətbazların əsas alətinə çevirib, onlar üçün siyasət elə manipulyasiya deməkdir.
Madam ki, bu cür “bazlar” böhtan yolunu seçirlər və milli maraqlar onlar üçün heç bir dəyər təşkil etmir, onda əlbəttə ki, qərəzli siyasətin əsl səbəb və niyyətləri çılpaqlıqla ifşa olunmalıdr.
Çünki milli maraqlara təhdid hesab ediləcək istənilən məsələ qarşısında susmaq və ya hansısa güzəşt yolverilməzdir.
Artıq heç kimə sirr deyil ki, regionumuzda öz geosiyasi maraqları olan “güclərin” əsas strateji hədəfi ölkəni təsir altına salmaqdan ibarətdir.