“Bunları da Azərbaycana aparın” Simonyandan xahiş etdi

27.11.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyana çağırış edirəm: Azərbaycana gedərkən erməni məhbuslara ünvanlanmış 1 254 məktubu da özü ilə aparsın”.

Turkustan.az xəbər verir ki, bunu keçmiş oyuncaq rejimin “ombudsmanı” Artak Beqlaryan deyib.

O bildirib ki, Simonyanın yaxın günlərdə Azərbaycana səfər etməyi planlaşdırdığını nəzərə alsaq, bu addım məqsədəuyğun olar.

“Güman edirəm, azərbaycanlılar belə bir humanitar addıma etiraz etməzlər”, – Beqlaryan vurğulayıb.

Qeyd edək ki, Artak Beqlaryan bir qədər əvvəl pasportunda doğum yerinin Azərbaycan yazılmaması üçün Ermənistan dövlət qurumlarına müraciət etmişdi. O, Xankəndidə doğulduğu üçün pasportunda mənsub olduğu ölkə Azərbaycan kimi göstərilir./Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью