Bunların bir biri ilə əlaqəsi yoxdur Elçin Babayevin həyat yoldaşı

20.11.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənab Prezidentin hər sərəncamına hörmət və ehtiramla yanaşırıq. Yeni təyinat uğurlu olsun. Ümidvaram ki, hər şey yaxşı olacaq.

Modern.az xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Elçin Babayevin həyat yoldaşı Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.

“Elçin müəllim hər zaman öz missiyasını vicdanla, zəhmətlə və sevərək yerinə yetirib”, - deyə o, qeyd edib.

Yazgül Abdıyeva həyat yoldaşının vəzifəsindən çıxarılması ilə Bakı Dövlət Universitetinin dosenti, baş müəllim Nərman Süleymanovun (Qocatürk) ölümü arasında hər hansı əlaqənin olmadığını bildirib:

“Bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, jurnalist Şərəf Cəlilli kult.az-a açıqlamasında həyat yoldaşı Nərman Süleymanovun rektorun qurbanı olduğunu söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью