Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. Hüquqi baxımdan çıxarışı olan binadan mənzil almaq daha məqsədə müvafiqdir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.
O qeyd edib ki, belə mənzillərin gələcəkdə hüquqi problemləri ortaya çıxmayacaq.
"Çıxarışı olmayan binalardan mənzil alan şəxslər sonradan böyük problemlərlə üzləşirlər. Hazırda da bu problemlər var.
Bütün tələb olunan sənədlər müvafiq icra qurumlarına təqdim edildikdən sonra bina qanunlara və normativ sənədlərə uyğun inşa edilibsə həmin bina təhvil-təslim aktı ilə təmin edilir.
Belə olduğu halda müvafiq əmlak xidməti binada mənzil alan şəxslərə mülkiyyət sənədi təqdim edir.
Əgər vətəndaş dəqiqləşdiribsə, tikinti şirkətinin bütün sənədləri yerindədir və bina hazır olandan sonra mənzilinə çıxarış alacaq belə binalardan da mənzil almaq olar.
Adətən bünövrədən mənzil alanların əksəriyyəti investisiya məqsədi ilə alanlardır.