Buntiç: Qarabağ da çox təcrübə qazandım

24.06.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliyanın "Farense" klubuna keçən xorvatiyalı qapıçı Fabian Buntiç "Qarabağ"da keçirdiyi vaxtlar haqqında təəssüratlarını bölüşüb.

Sportal.az xəbər verir ki, yeni klubunun mətbuat xidmətinə danışan təcrübəli qolkiper "Qarabağ"ın heyətində avrokuboklardakı çıxışından da bəhs edib:

"Almaniya və Portuqaliyada mədəniyyət və insanların futbola münasibəti çox fərqlidir. Amma mənim böyük turnirlərdə - Çempionlar Liqasında və Avropa Liqasında oynamaq imkanım oldu. Ən yüksək səviyyəli yarışlarda iştirak etmək həmişə yeni bir şey verir. Buna görə də “Qarabağ”da çox təcrübə qazandım”.

Xatırladaq ki, Buntiç 2024-cü ilin yayından başlayaraq bu yaxınlara qədər "Qarabağ"da oynayıb.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью