Bunu ailə süfrəsi kimi görürük, onların da qatılmasını istədik Gökhan Seyhan

30.01.2026

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Dostluq süfrəsi: Anadolu səhər yeməyi görüşü” adlı tədbir keçirilib.

Tədbirdə Anadolunun zəngin səhər yeməyi ənənəsi təqdim olunub, paylaşma, qonaqpərvərlik və söhbət mədəniyyətinin iki qardaş xalqın ortaq tarixi yaddaşındakı yeri xüsusi vurğulanıb.

Globalinfo.az-a danışan Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan bildirib ki, İnstitutun dünyanın 80 ölkəsində fəaliyyət göstərir:

“İki ölkə arasındakı qardaşlığı möhkəmləndirmək və inkişaf etdirmək üçün müxtəlif fəaliyyətlər həyata keçiririk. Təhsil və mədəniyyət sahəsində geniş layihələrimiz var. Bugünkü tədbirdə Anadolu süfrə və qəhvə mədəniyyətini tanıtmaq istədik. Bunun üçün iki qardaş ölkənin nümayəndələrini eyni masa arxasında bir araya gətirdik ki, dərdlərimizi və sevinclərimizi birlikdə paylaşaq.
Qardaşların eyni süfrədə əyləşməsi çox önəmlidir. Biz bunu ailə süfrəsi kimi görürük.

Bu gün burada təhsil alan tələbələrimiz də iştirak edir və onların da bu ailə süfrəsində olmasını istədik. Çaylarımız isti olduğu kimi, dostluq və qardaşlığımızın da daim isti və möhkəm olmasını arzulayırıq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью