Bunu Alonsodan tez yalnız Qvardiola edə bilib

22.12.2024

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bayer Leverkuzen"in çalışdırıcısı Xabi Alonso Almaniya Bundesliqasında baş məşqçi qismində 50-ci qələbəsini qazanıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis buna "Frayburq"a 5:1 hesabı ilə qalib gəldikləri oyunda - 15-ci turun matçında nail olub.

Alonso  50 qələbə həddinə 75-ci qarşılaşmada çatıb.

Almaniya çempionatında 50 qələbə qazanmağı yalnız bir baş məşqçi daha tez bacarıb. 2013-2016-cı illər aralığında "Bayern Münhen"i çalışdıran Xosep Qvardiola 50-ci zəfərinə 61-ci oyununda sevinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью