Bunu ÇLdə bir Dyökereş bacarıb, bir də İbrahimoviç

06.11.2024

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda evdə "Mançester Siti"ni 4:1 hesabı ilə üstələyən "Sportinq"in isveçli hücumçusu Viktor Dyökereş əfsanəvi həmyerlisi Zlatan İbrahimoviçin uğurunu təkrarlayıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, 26 yaşlı forvard buna İngiltərə nəhəngi ilə görüşdə het-trik etməklə nail olub.

İbrahimoviç və Dyökereşdən başqa, indiyədək heç bir isveçli bir ÇL matçında 3 qol vura bilməyib.

Qeyd edək ki, İbra 2013-cü ildə PSJ-də oynayarkən "Anderlext"lə matçda (5:0) dörd qola imza atıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью