“Bunu edə bilməzsiniz” Trampdan Maska qadağa

19.02.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Maskın maraqları toqquşduğu halda dövlət proqramlarında iştirakına icazə verilməyəcək.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib .

“Mən İlona dedim: Maraqlar toqquşması olarsa, siz dövlət proqramlarında iştirak edə bilməzsiniz”, - Tramp bildirib.

Amerika lideri qeyd edib ki, bu, kosmik proqrama da aiddir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью