Bunu edən vəzifəli şəxslər 800 manat cərimələnəcək

04.12.2024

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılması hallarına görə yeni cərimə müəyyənləşir.

News24.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Yeni maddəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması hallarına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər isə iki min manat məbləğində cərimə ediləcək.\\axar.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью