Bunu etməyimin səbəbi səhhətimdəki problem idi Video

10.02.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

"Həkimlər üzərimdə ciddi çalışır. 20 kiloqram çəki atmışam. Eyni anda sağlamlağımı qoruyuram. Hər on gündən bir analizlər verirəm, nə qədər əzələ, nə qədər yağ vermişəm, vitamin dəyərlərim yoxlanılır. Detoks və vitaminlər edilir".

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Dilarə Əliyeva deyib. Aktrisa son günlər arıqlaması ilə bağlı verilən sualları cavablandırıb.

D.Əliyeva bildirib ki, 20 kiloqram çəki atsa da plastik əməliyyat haqda düşünmür:

"Kosmetoloqum da nəzarətdə saxlayır ki, arıqladıqca üz dərimdə problem olmasın. Çox doğru və peşəkarlarla yola çıxnışam. Özüm də nəticədən şokdayam.

Bu yola çıxmağıma səbəb səhhətimdəki problemlər oldu. Yayda həkimə getdim: qaraciyərdə piylənmə, insulin dirəncim, kökəlirdim. Yeməyimə nəzarət edə bilmirdim, qlütenli qidalar yeyirdim. Bəzən ürəyim bulanırdı.

Ətrafımı şoka salmışam ki, 20 kiloqram çəki atmışam, amma heç bir plastik əməliyyata ehtiyacım yoxdur". 

D.Əliyeva Xalq artisti Afaq Bəşirqızı ilə eyni layihədə yer almasından söz açıb:

"Onunla bir layihədə yer almaq sadəcə zövqdür... Afaq Bəşirqızı o qədər sevgidoludur, ətrafına diqqətlidir ki... Çəkiliş məkanında ancaq zarafatlar edir. Çəkilişdə bizi utandırır: nəsə bişirir, ya alıb gətirir. Kimsə bikef olanda çağırıb soruşur. Eyni zamanda onun peşəkarlğından faydalanırıq. Bizə çox yardım edir. Elə bir gün yoxdur ki, onun səsini eşitməyim. Çox qayğıkeşdir". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью