Icma.az, Axsham.az saytına istinadən bildirir.
"Tamaşaçı alqışı il biz yetişdik, sənətkar olduq. Bir çoxumuzun adı tarixə düşdü. Bunu xalq etdi. Ömrümüz boyu onlara borcluyuq".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasındakı çıxışından sonra deyib. Uzun müddət sonra səhnəyə qayıdan aktrisa tamaşaçılarla söhbəti zamanı bunları deyib:
"Dar və şad günündə onlarlayıq. Biz onları düşünürük. Sənətimiz elədir ki, onlarla aramızda olan pərdəni götürə bilmərik. Çünki əgər sənətkar ağlasa, sənət məhv olacaq. Xalq da ağlayar. Biz sizin üçün yaşayırıq".