Bunu futbol tarixində Messidən başqa yalnız bir oyunçu bacarıb

20.11.2024

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentina yığmasının kapitanı Lionel Messi milli komandalar tarixində assist rekordunu təkrarlayıb.

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, 37 yaşlı ulduz hücumçu buna dünya çempionatının Cənubi Amerika seçmə turnirində Peru ilə matçda nail olub.

Argentinanın paytaxtı Buenos-Ayresdəki "Estadio Alberto Jaquinto Armando" stadionunda baş tutan qarşılaşmanın taleyini bir qol həll edib ki, Lautaro Martinesin fərqlənməsinə Messi şərait yaradıb. Beləliklə, o, millidəki assistlərinin sayını 58-ə çatdırıb. Forvard bu göstəricidə indiyədək lider olan ABŞ millisinin əfsanəvi oyunçusu Lendon Donovana çatıb.

Qeyd edək ki,Peru üzərində 1:0 hesablı qələbədən sonra  son dünya çempionu  Argentina 25 xalla liderdir. 

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью