“Bunu görəndə ürəyim dağa dönür” Qəzənfər Paşayevin vacib ÇAĞIRIŞI VAR

13.10.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az xəbər verir ki, bu sözləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev deyib.

Onun sözlərinə görə, İngiltərədə XVIII əsrdən orta məktəblərdə hamı eyni forma geyinir:

"İndi də belədir. Mən orta məktəbdə uşaqların eyni formada geyinib çıxdığını görəndə ürəyim açılır. Ürəyim dağa dönür. Niyə? Çünki biz uşaqlıqda müxtəlif geyimlər geyinərdik. Müharibə vaxtı idi. Müharibədən sonra da çox ağır vaxtlar yaşanırdı. Mən uşaqların geyiminə baxırdım. Bir qədər imkanlı ailələrin uşaqları yaxşı geyinirdi. İmkansız ailələrin uşaqlarının isə bəzən necə çətinliklər çəkdiyini görürdük. Hətta imkanlı ailələrin uşaqları imkansız ailələrin uşaqlarına yuxarıdan aşağı baxırdılar. İndi, təbii ki, orta məktəblərdə ümumi geyimin, yəni şagirdlərin vahid formasının olması çox vacibdir.

Orta məktəblərdə hicab məsələsinə gəlincə, mən sizə deyim ki, uşaqlar dünyanı başa düşmür, onu dərk etmirlər. Onlar nə bilirlər hicab nədir? Burada valideynlərin çox böyük rolu var.

Əlbəttə ki, bu məsələdə dövlətimizi dəstəkləməliyik. Ziyalılarımız, alimlərimiz, yazıçı və şairlərimiz, dünyanı dərk edən adamlarımız bunu xalqa çatdırmalıdırlar. Bəzən başa düşməyən, bəzən də başa düşə-düşə buna yol verən insanlara izah etmək lazımdır ki, dövlətin bir qanunu olmalıdır. Dövlət xalq üçün edir, nə edirsə. Əgər dövlət istəyirsə ki, hamı eyni paltar geyinsin, burada pis nə var ki? Bəzi adamlar bunu nəyə yozurlar, nə demək istəyirlər. Orta məktəblərdə uşaqların eyni formada geyinmələri və hicab geyinməmələri çox vacibdir".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью