Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Fənərbağça" Türkiyə Super Liqasının 5-ci turunda səfərdə “Qaziantep FK” ilə 0:0 hesablı heç-heçə edib.
Fanat.Az xəbər verir ki, qarşılaşmadan sonra İstanbul təmsilçisinin baş məşqçisi İsmayıl Kartal oyunu dəyərləndirib və meydançanın vəziyyətindən narazılığını bildirib.
Təcrübəli mütəxəssis qələbə üçün lazım olan hər şeyi etdiklərini, lakin fürsətləri qola çevirə bilmədiklərini söyləyib:
“Qələbə üçün çatışmayan heç nə yox idi. Lazım olan hər şeyi etdik, amma qol vura bilmədik. Aydın qol epizodlarımız və dirəyə dəyən toplarımız oldu. Qələbə üçün gəlmişdik, amma alınmadı. Oyunun haqqı qalibiyyət idi, lakin bunu əldə edə bilmədik. Qaziantep şəhərinə yaraşmayan bir meydança var idi. İlk hissədə bunu hər kəs gördü. Bəzi epizodlarda futbolçularımız ayaq üstə belə dayana bilmirdilər. Biz ötürmələr üzərində oynayan komandayıq, amma bu meydançada istədiyimizi edə bilmədik. Topa nəzarəti əlimizdə saxlamağı da bacarmadıq".
O, çempionatın əvvəlki oyunlarında verilməyən penaltiləri və “Qaziantep” matçında əlavə vaxtın az olmasını da bildirib.
Əlisahib İbrahimli