Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Çox danışmaq olar.
Sadəcə futbolda diqqətsizlik edəndə qapında belə qollar görürsən. Xüsusən də 2-ci qol zamanı edilən səhvi Kevin Medinadan gözləmirdik.
Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Lion"a 1:4 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.
Mütəxəssis görüşdən dərhal sonra "CBC Sport"a açıqlamasında hesabın oyuna görə olmadığını söyləyib: "Kevinə deyiləcək iradım yoxdur.
Çünki bu, texniki səhvdir. 2-ci qoldan sonra futbolçularda ruh düşkünlüyü oldu. Ona görə də 3-cü qolu buraxdıq.
3-cü qoldan sonra isə oyunumuz dağıldı. İstədiyimiz kimi olmadı. Matçın sonlarına yaxın özümüzə gəldik.
İnanın ki, futbolçularımdan çox razı qaldım. Məncə, hesab oyuna görə deyildi. İlk hissədə, 2-ci hissədə çoxlu qol epizodlarımız oldu.
Nə qədər zərbəmiz qapı dirəyindən geri qayıtdı. Sadəcə rəqib futbolçuların ustalığı belə nəticəyə səbəb oldu".