Bunu Sançodan başqa bacaran olmayıb

21.05.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Bunu Sançodan başqa bacaran olmayıb

"Aston Villa”nın hücumçusu Ceydon Sanço UEFA Avropa Liqasının finalında “Frayburq”a (Almaniya) qarşı keçirilən oyunda rekorda imza atıb.

QOL.az xəbər verir ki, 26 yaşlı ingiltərəli hücumçu tarixdə ardıcıl 3 mövsüm 3 müxtəlif klubla fərqli avrokubok turnirlərinin finalında oynayan ilk futbolçu olub.

O, 2024/2025 mövsümündə UEFA Konfrans Liqasını “Çelsi”nin heyətində qazanıb. 2023/2024 mövsümündə isə Sanço Dortmund “Borussiya”sı ilə UEFA Çempionlar Liqasının finalında Madrid “Real”ına 0:2 hesabı ilə uduzub.

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan C.Sanço hər 3 finalda icarə əsasında çıxış edib. 

Qeyd edək ki, Sançonun Mançester təmsilçisindən azad agent kimi ayrılacağı bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью