Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu il yanvarın 1-dən etibarən ziyalıların və Füzuli ictimaiyyətinin birgə təşəbbüsü, eləcə də səyyar qəbullarda səsləndirilən vətəndaş müraciətləri əsasında, cümə axşamları (bir cümə axşamı saxlanılmaqla) həyata keçirilmir.Bakıvaxtı.az xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin məlumatına görə, son 11 ildə yas yerlərinin tam sadələşdirilmiş formada təşkil olunması nəticəsində rayon əhalisi təxminən 19.1 milyona qədər vəsaitə qənaət edib.Belə ki, əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 10-15 min manat xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə dəfn xərcləri də daxil olmaqla orta hesabla 3000 manata qədər vəsait tələb olunur.Maraqlıdır, bu addım bütün bölgələrimizdə atıla bilərmi?Ceyhun Məmmədov: 3 gündən artıq yasın saxlanılması İslamda yoxdurMövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, insanların öz istəyi ilə belə bir təşəbbüsü qəbul etməsi, ona görə addımların atılması təqdirəlayiqdir.C.Məmmədov nəzərə çatdırıb ki, İslamda cümə axşamı, 7, 40 kimi mərasimlərin heç biri yoxdur və insan dünyasını dəyişdikdən sonra ona yalnız 3 gün yas saxlanıla bilər.
3 gündən artıq yasın saxlanılması, təmtəraqlı yasın keçirilməsi də İslamda yoxdur.
Deputatb qeyd edib ki, bu, insanlar tərəfindən sonradan formalaşdırılan və meydana gətirilən bir ənənədir.Müsahibimiz vurğulayıb ki, bu gün Azərbaycanda əksəriyyətin yasların təmtəraqla keçirilməsi məsələsindən şikayətçidir və ona görə də bu addım bütün bölgələrimizdə atılmalıdır:“Dinə görə dünyasını dəyişən insanın evində yemək bişməli deyil.
Onun qonşuları, yaxınları yemək bişirib gətirməlidir. Yəni dünyasını dəyişən insanın ailəsi onsuz da kədərlidir.
Üstəlik onun bu formada işlərin arxasınca getməsi ölüsünü yola salmasında çətinlik yaradır.
Bu insan bilmir ki, kədərlənsin, hüznlənsin, yoxsa yer axtarsın, yeməklə maraqlansın. Çay ola bilər, yüngül süfrə ola bilər. Bu, normaldır.
Söhbət hər il Azərbaycanda 100 milyonlarla israfçılıqdan gedir.