“Bunun adı nədir, deyə bilərsiniz mənə?”

13.11.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Artıq dirijorlara yaxınlaşmaq olmur, onların hamısının menecerləri var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası”  mövzusunda keçirdiyi ictimai dinləmədə bildirib.

“Həmin dirijorlar gedib başqa ölkələrdə fəaliyyət göstərirlər. Bəs orada hansı musiqini ifa edirlər? İnanmazsınız. Süni intellekt vasitəsilə yaradılan əsərləri təqdim edirlər. Başa düşürsünüz bu nə deməkdir? Gənc dirijorumuz musiqi baxımından dünyanın ən zəngin ölkələrindən biri olan İtaliyaya gedir və orada süni intellekt proqramları vasitəsilə yaradılmış musiqini Azərbaycan simfonik musiqisi kimi təqdim edir. Bunun adı nədir, deyə bilərsiniz mənə?”, - Firəngiz Əlizadə qeyd edib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью