“Bunun öyrənmək üçün şans olduğunu düşünsək, məğlubiyyət sayılmır” Andrade

24.10.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Qarabağ”ın futbolçusu Leandro Andrade Çempionlar Liqasının əsas mərhələsində “Atletik”ə (Bilbao) 1:3 hesablı məğlubiyyət barədə paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, qarşılaşmadan öncəki məşq prosesindən fotosunu paylaşaraq bu sözləri yazıb:

“Bunun öyrənmək üçün şans olduğunu düşünsək, məğlubiyyət sayılmır”. 

Qeyd edək ki, Leandro Andrade matçda “Qarabağ”ın yeganə qolunun müəllifi olub. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью