Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rassvet” sistemi sayəsində Rusiya Silahlı Qüvvələrinin zərbələri daha dəqiq və effektiv olub.
Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vasili Dandıkin deyib.
"Hazırda qüvvələrimizi genişləndiririk. Ümid edirəm ki, bundan sonra da hər şey uğurla davam edər. İndiyədək hər biri 16 peykdən ibarət iki buraxılış həyata keçirilib. İnanıram ki, gələn il böyük irəliləyiş ili olacaq. Bunun üçün zamana ehtiyac var”,- o bildirib.
Dandıkin bildirib ki, sistemin fəaliyyətinə dair bütün planların həyata keçirilməsi üçün bir neçə il vaxt lazımdır:
"Təəssüf ki, amerikalılar bu işə daha əvvəl başlayıblar. Onların belə minlərlə peyki var. Lakin bizim sistemimiz fərqlidir və daha yüksək hündürlükdə fəaliyyət göstərir”.