Bunun üçün 1 milyardından keçdi

12.09.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“BTS” qrupunun üzvü Canqkuk xeyriyyə məqsədilə böyük məbləğdə ianə edib.

Axşam.az xəbər verir ki, Cənubi Koreyanın məşhur ifaçısı Seul Milli Uşaq Xəstəxanasına 1 milyard von, təxminən 1 milyon 268 min manat bağışlayıb.

Müğənni bildirib ki, vəsait maddi imkanı məhdud ailələrdən olan uşaqların müalicəsinə sərf olunacaq.

“Ümid edirəm ki, bu, xəstə uşaqlara kömək edəcək və onlar sağlam təbəssümlə gülümsəyə biləcəklər” deyə, ifaçı bildirib.

Qeyd edək ki, Canqkuk daha əvvəl də kiberhücumla bağlı xəbərlərlə gündəmə gəlmişdi. Seul Mərkəzi Dairə Məhkəməsi müğənninin sosial şəbəkə hesabını ələ keçirməyə cəhd edən Çin vətəndaşını 20 il müddətinə azadlıqdan məhrum edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью