Bunun üçün 100 min xərcləyirik

04.06.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müğənni İzzət Bağırov həmkarlarının konsertlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində çıxışı zamanı konsertlərdən gəlir əldə etməyin mümkün olmadığını deyib. İzzət Bağırovun sözlərinə görə, solo konsert təşkil etmək üçün 100 min manatdan artıq xərc tələb olunur:

"Konsertdən qazanc olmur. Konsertləri var olduğumuzu, sənətdə fəaliyyət göstərdiyimizi göstərmək üçün veririk. Konsertin xərci çoxdur, 100 min manatdan artıq vəsait gedir. Bu qədər xərcin içində necə qazanc əldə etmək olar? Zalın icarəsi, musiqiçilər, monitorlar, ansambl, afişalar, reklam xərcləri - hamısı böyük məbləğ edir. Üstəlik, rəqs quruluşları və məşqlər üçün də ayrıca ödəniş olunur. Deyirik ki, biletlər satılsın, heç olmasa xərcin yarısın ödəsin. Bəzən hətta adam cibindən də pul xərcləyir".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью