Axar.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün Rusiya ilə təmasları davam etdirəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
"Mülki gəmilərə qarşı hücumların və Qara dənizdə gərginliyi artıracaq addımların heç kimə fayda verməyəcəyi aydındır", - Ərdoğan qeyd edib.