Bunun üçün sahibkarlar milyardlarla vəsait xərcləyir Tahir Mirkişili

06.08.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Klassik iqtisadiyyatda torpaq məhdud fiziki resurs idi. Onun dəyəri yerləşdiyi yerdən, məhsuldarlığından və ona çıxış imkanından asılı idi. Rəqəmsal dünyada fiziki torpaq yox olmayıb. Əksinə, data mərkəzləri, enerji infrastrukturu, fiber-optik şəbəkələr və logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır. Onlar torpağın üzərində yerləşir. Amma bununla yanaşı, yeni bir iqtisadi məkan da yaranıb. Rəqəmsal platformalar, bulud infrastrukturu, əməliyyat sistemləri və böyük ekosistemlər müəyyən mənada yeni iqtisadi əraziyə çevrilir. Bu ərazidə fəaliyyət göstərmək üçün isə onlara çıxış lazımdır".

Bunu 525.az-a millət vəkili Tahir Mirkişili bildirib. Millət vəkilinin sözləriə görə, əvvəllər yaxşı ticarət nöqtəsinə sahib olmaq üstünlük idisə, bu gün axtarış nəticələrində görünmək, böyük platformada iştirak etmək və ya vacib rəqəmsal infrastruktura çıxış əldə etmək eyni dərəcədə mühümdür. Bunun üçün sahibkarlar milyardlarla vəsait xərcləyir. Beləliklə, iqtisadi gücün bir hissəsi fiziki aktivlərdən rəqəmsal infrastruktura və onlara çıxışa nəzarət edənlərə keçir.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью