Bununla bağlı ciddi maarifləndirlməyə ehtiyac var” Eyyub Kərimli

01.06.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qeyri-rəsmi məşğulluğun həm iqtisadiyyata, həm də vətəndaşların sosial təminatlarına mənfi təsir edir. Qeyri-rəsmi məşğulluq insanların əmək və sosial hüquqlarını məhdudlaşdırır, gələcəkdə onların pensiya təminatına mənfi təsir göstərir. Yəni burada həm vətəndaşlar, həm də dövlət zərər görür”.

Bunu iqtisadçı ekspert Eyyub Kərimli 525.az-a bildirib. Ekspert vurğulayıb ki, həmin şəxslər vergi və sosial yığımlardan kənarda qalırlar:

“Bəzən sahibkarlar da işçiləri qeyri-rəsmi məşğulluğa cəlb etməyə meyil göstərirlər. Bu da vergi və sosial ödənişlərdən, eləcə də işçilərin hüquqlarının təmin olunmasından yayınmağa hesablanıb. Müqaviləsiz işləmək gələcəkdə həmin şəxslərin pensiya kapitalının formalaşmasına mənfi təsir göstərir. Hesab edirəm ki, bununla bağlı ciddi maarifləndirlməyə ehtiyac var”.

Sevinc Qarayeva 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью