Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Fikrimcə, növbəti ildən başlamaqla Dövlət İmtahan Mərkəzi digər dövlət qurumları ilə vaxtları uzlaşdıraraq, istiqamətlərə ayırmadan buraxılış imtahanını (qəbul və qəbulu imtahanının birinci mərhələsi) bir gündə keçirməlidir. Anlaşılandı ki, kütləvi imtahandı və 120000 nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulur. İmtahanın təşkili və keçirilməsi xeyli maddi, insani, texniki və s. resurs tələb edir. Bütün bunlara baxmayaraq, yenə də eyni gündə imtahanı keçirmək mümkündür”.
Təhsil eksperti Elçin Əfəndi bu fikri 525.az-a deyib. O hesab edir ki, bununla da istiqamətlərarası dedi-qoduları, hansı ki, birinin digərini daha asan və ya çətin hesab etdiyini, ədalətsizlik kimi qəbullandıqlarını aradan qaldırmış olarıq. Həmçinin əlavə sualların hazırlanması və istifadəsinin qarşısı alnar:
“Ən başlıcası isə bununla pərakəndə hazırlıq sistemi nizama salınar. Nəhayət, imtahan nəticələrini bir vaxtda və daha erkən elan edərik”.
Sevinc Qarayeva