Bupendzanın ölümü ilə bağlı araşdırma bitdi

17.04.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qabonlu hücumçu Aaron Bupendzanın ölümü ilə bağlı araşdırma yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, dünən Çində yaşadığı binanın 14-cü mərtəbəsindən yıxılan forvardın ehtiyatsızlıq üzündən düşdüyü bildirilib. Bupendza yaralı olaraq xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bupendza 2020/2021 mövsümündə Türkiyənin “Hatayspor” klubunda çıxış edib. 28 yaşlı futbolçu Fransada “Bordo”, “Pau”, “Ayaçço”, “Trua”, Portuqaliyada “Farense”, Qətərdə “Əl-Ərəbi”, Səudiyyə Ərəbistanında “Əl-Şəbab”, ABŞ-də “Çinçinnati” və Rumıniyada “Rapid”in formasını geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью