Bura bir uşaq düşsə, faciə olacaqdı... Video

24.07.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yasamal rayonu ərazisində, əsasən Abdulla Şaiq, Mirzə Ağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin əhatəsində yerləşən Mərkəzi Parkın girişində kanalizasiya quyusunun qapağının çürüməsi nəticəsində təhlükəli oyuq yaranıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə quyunun içərisində çirkab suları, müxtəlif məişət tullantıları və şüşə qırıqlarının olduğu görünür. Bu isə ərazi ilə hərəkət edən piyadalar, xüsusilə də uşaqlar üçün ciddi təhlükə yaradır.

Videonu paylaşan vətəndaş bildirib ki, park ərazisində bu cür kanalizasiya qapaqları çoxdur və onların əksəriyyəti çürüyərək yararsız vəziyyətə düşüb. 

***

Məsələ ictimailəşəndən sonra parkdakı problemin aradan qaldırıldığı bildirilib. Ərazidən çəkilən fotodan görünür ki, artıq çürümüş dəmir qapaq plastik kvadrat materialla əvəzlənib. 

Lamiyə Məmmədova 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью