“Bura gəlmək mənim üçün yeni təcrübədir” Luiş Nani

12.03.2025

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Bakı əla şəhərdir. Bura gəlmək mənim üçün yeni təcrübədir”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri portuqaliyalı keçmiş futbolçu Luiş Nani Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlaması zamanı deyib.

O, daha əvvəl də Azərbaycana səfər etdiyini xatırladıb: “Portuqaliya millisinin heyətində bura gəlmişdim. Amma Bakıda olan gözəl yerlərin tam olaraq şahidi olmamışdım. Bura gəlmək mənə yaxşı təcrübə qazandıracaq. Ümid edirəm ki, yenidən Azərbaycana səfər edəcəyəm. Hamınıza təşəkkür edirəm. Gözəl ölkədə və şəhərdə olmaq çox xoşdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью