Bura turist kimi gəlməmişik

01.07.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bura turist kimi gəlməmişik"

Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Dezabr DÇ-2026-nın 1/16 finalında İngiltərə ilə keçiriləcək oyundan öncə iddialı açıqlama verib.

QOL.az xəbər verir ki, fransalı mütəxəssis "Mirror"a müsahibəsində komandasının penaltilər seriyası da daxil olmaqla bütün mümkün ssenarilərə hazır olduğunu bildirib.

"Bəli, biz penaltiləri məşq etmişik, çünki peşəkarıq. Bu, qalib gəlmək üçün mövcud imkanlardan biridir. Son Afrika Millətlər Kubokunda Nigeriya və Kot-d'İvuara qarşı penaltilər seriyasında qələbə qazanmışdıq. Komandalar arasında ciddi fərqin olduğu doğrudur. İngiltərə 4-cü, biz isə 41-ciyik. Lakin özümüzü göstərmək üçün tam əzmliyik. Qarşımıza qoyulan hədəfi artıq yerinə yetirmişik, amma bu, bura turist kimi gəldiyimiz mənasına gəlmir".

Xatırladaq ki, sözügedən matç bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью