Burada balansın qorunması vacibdir” Rəy

28.07.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Müəllim yalnız dərs deyən şəxs deyil, həm də məktəbin simasını və dəyərlərini təmsil edən insandır. Amma vahid forma məsələsinə gəldikdə, burada balansın qorunması vacibdir”. 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bunu 525.az-a söyləyib. Ouun dediyinə görə, dünyanın bir çox inkişaf etmiş təhsil sistemlərində müəllimlər üçün tam eyni forma tətbiq edilmir. Daha çox peşəkar, səliqəli və işgüzar görünüş prinsiplərinə üstünlük verilir. Məsələn, Böyük Britaniya, ABŞ və bir sıra Avropa ölkələrində müəllimlərin necə görünməli olduğuna dair ümumi qaydalar mövcuddur, lakin hər kəs eyni geyimi geyinmir. Məncə, əsas məqsəd müəllimləri eyniləşdirmək deyil, məktəbdə peşəkar mühiti gücləndirmək olmalıdır:

“Müəllimin nüfuzu ilk növbədə onun biliyi, davranışı və şagirdlərlə münasibəti ilə formalaşır. Geyim isə bu peşəkarlığı tamamlayan amillərdən biridir. Əgər gələcəkdə bu istiqamətdə hansısa qərarlar qəbul olunacaqsa, müəllimlərin rahatlığı, fikirləri və məktəblərin real şəraiti də mütləq nəzərə alınmalıdır. Mənim fikrimcə, vahid formadan daha çox vahid peşəkar görünüş standartlarının tətbiqi həm dünya təcrübəsinə, həm də bizim məktəblərin reallıqlarına daha uyğun yanaşma olar".

Sevinc Qarayeva 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью