“Burada çox dərin əməkdaşlıq qura bilərik” Zelenski

25.04.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

“Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью