Icma.az, Oxu.az saytına istinadən bildirir. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər Şabran rayonu, Dəvəçi kənd tam orta məktəbinin
Burada əqrəb, ilan - nə desən, var" - Uşaqların təhlükə altında qaldığı məktəbdə nə baş verir?
Sakinlərdən biri bildirib ki, məktəbin vəziyyəti ciddi narahatlıq doğurur: "Məktəb bərbad gündədir.
Tavandan su damır, uşaqlar tez-tez qrip olurlar. Burada əqrəb, ilan - nə desən, var". "Məktəb sovet dövründə tikilib.
Oturacaqlar pis vəziyyətdədir, sanitar qovşağı yoxdur. Divarlarda çatlar var.
Övladım evə gəlib deyir ki, ata, dərs vaxtı üstümüzə su damır", - başqa bir sakin deyib.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar: "Binanın əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb.
Təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".